Cəbəllütariq İran tankerini daha 30 gün saxlayacaq
.
Qeyd edək ki, iyulun 4-də Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökuməti İrana məxsus Suriyaya qeyri-qanuni yolla xam neft daşıyan “Grace 1” tankerini saxlayıb, kapitan və baş zabit həbs edilib. Tankerdəki iki milyon barel xam neft Suriyanın Banyas şəhərindəki neft emalı zavoduna təhvil verilməli idi. Bildirilir ki, Grace 1” gəmisi bununla Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozub.
Cəbəllütariq muxtar hökumətinin rəhbəri Fabian Pikardo qeyd edib ki, beynəlxalq sanksiyalarla qadağan edilmiş mallar və məhsullar Cəbəllütariqə məxsus sulardan keçə bilməz. Onun sözlərinə görə, tankerdəki yüngül xam neft səyyar laboratoriya vasitəsilə ekspertizadan keçirilib və müvafiq sənəd hazırlanaraq Aİ-nin rəhbərləri Jan-Klod Yunker və Donald Tuska göndərilib. Pikardo əlavə edib ki, bütün bu proseduralar Cəbəllütariq muxtar hökumətinin yekdil qərarı ilə həyata keçirilib və baxılması üçün Ali Məhkəməyə təqdim olunub.
İran isə Qərb ölkələrindən, xüsusən Böyük Britaniya hökumətindən tankerin buraxılmasını tələb edir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Cəbəllütariq İran Tanker