Ermənistanda partlayış, bir nəfər ölüb

  19 İyul 2019    Oxunub : 948
 Ermənistanda partlayış, bir nəfər ölüb
Ermənistanın cənubunda Sisian şəhərində partlayış olub.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər həlak olub.

Ermənistanın istintaq komitəsinin verdiyi məlumata görə, partlayıcı Sisan şəhərində evlərdən birinin tövləsinin qapısına bağlı olub. Evin 74 yaşlı sahibi səhər saatlarında heyvanları çölə çıxartmaq üçün tövlənin qapısını açan zaman partlayış baş verib və o, həyatını itirib.

Hadisə istintaq komitəsi tətrfindən qəsdən adam öldürmə kimi qiymətləndirilir. Partlayışı törədən şəxsin kimliyi məlum deyil.

Faktla bağlı cinayət işi açılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ERmənistan   partlayış