Merkel İranın tərəfini saxladı

  19 İyul 2019    Oxunub : 724
Merkel İranın tərəfini saxladı
“Yaxın Şərqdə baş verən hadisələr narahatlılıq doğurur. İran ətrafında mövcud problemin həllində isə diplomatik yollardan istifadə etmək lazımdır”.
Azvision.az xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Berlində keçirdiyi mətbuat konfransında deyib.

“Əlbətdə ki, bu regionda baş verənləri narahatlıq olmadan izləmək mümkün deyil. İran ilə ABŞ arasındakı dialoq üçün kanalları bərpa etmək lazımdır. Biz diplomatik bir həll təklif edirik”.

Kansler etiraf edib ki, təkcə İran nüvə müqaviləsinin qorunması üçün məsuliyyət daşımır. Buna baxmayaraq, Merkel əlavə edib ki, rəsmi Tehran müqavilənin müddəalarına riayət edilməsində maraql olmlıdır.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Merkel   İran   ABŞ