Maksimum balı bu qız topladı -Fotolar

  19 İyul 2019    Oxunub : 13605
 Maksimum balı bu qız topladı -Fotolar
İyulun 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən bir nəfər maksimum nəticə göstərib .
Azvision.az xəbər verir ki, Bakı şəhəri 192 nömrəli məktəbin məzunu Səbinə Zülfiyeva III ixtisas qrupu üzrə 400 bal toplayıb.

Səbinənin ümumi nəticəsi 670 baldır. O, buraxılış imtahanında 269,8 bal, ikinci qəbul imtahanında 400 bal yığıb. Birinci qəbul imtahanında isə 362.2 bal toplayıb.

Saytımıza təəssüratlarını danışan S. Zülfiyeva bildirib ki, maksimum nəticə göstərdiyi üçün çox sevinclidir. O, Bakı Dövlət Universitetində və ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq fakültəsində oxumaq istəyir.







Aytən Zəhra

Azvision.az

Teqlər: maksimumbal