Nyu-Yorkda qatar relsdən çıxıb, 4 ölü - VİDEO, YENİLƏNİB
01 Dekabr 2013
Oxunub:1019
Nyu Yorkda qatar relsdən çıxıb, 3 ölü və çox sayda yaralı var.
Nyu-Yorkda sərnişin qatarının relsdən çıxaraq qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, çox sayda insan yaralanıb. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, "PzFeed" telekanalının məlumatına görə, hadisə Bronksa rayonunda qeydə alınıb. "Metro-North" şirkətinə məxsus qatarın 5 vaqonu relsdən çıxaraq yarğana aşıb.
Bundan əvvəl vaqonların suya düşdüyü deyilirdi. Son məlumatlara görə 63 nəfər yaralanıb, onlardan 11 ağır vəziyyətdədir.