Türkiyədə 56 nəfər qidadan zəhərlənib

Türkiyədə 56 nəfər qidadan zəhərlənib
  20 İyul 2019    Oxunub:1533
Türkiyənin Ərzincan şəhərində 21-i uşaq olmaqla azı 56 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi xidmətə yola salınması münasibətilə keçirilən ziyafətdən sonar qonaqların bir çoxu özünü pis hiss edib.

Qısa müddətdən sonra təcili yardım xidmətinə yüksək temperatur, ürəkbulanma, başgicəllənmə və qaytarma ilə bağlı şikayətlər daxil olmağa başlayıb. "Təcili yardım" maşınları zərərçəkmişləri xəstəxanalara çatdırıblar.


Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti