Türkmən liderə sui-qəsd cəhdi
Ərşad Salihi Türkiyənin “Anadolu Agentliyi”nə verdiyi açıqlamada bildirib ki, avtomobil zirehli olmasaydı böyük bir faciə yaşanacaqdı:
“Türkmənlər üçün önəmli yer olan Taza kəndini ziyarət edəcəkdik. Kəndə yaxın bir ərazidə körpüdən keçən zaman bombalı hücuma məruz qaldıq. Partlayış o qədər dəhşətli oldu ki, avtomobilin zirehli olmasına baxmayaraq bütün şüşələr qırıldı. Cangüdənlərimin avtomobili zirehsiz idi. Bomba bizə deyil, onlara tərəf istiqamət götürsəydi itkilərimiz böyük olacaqdı”.
Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam edir.
Teqlər: