Kiyevdə etirazçılar Prezident Administrasiyasına buldozerlə hücum edir - VİDEO
Ukrayna hakimiyyətinin siyasətinə etiraz edən aktivistlər Kiyevdə Prezident Administrasiyasının binasına hücum edirlər.
AzVision.az RT-yə istinadən məlumat verir ki, müxalifətçilər şəhər milisi tərəfindən təşkil edilən mühasirəni əllərinə keçirdikləri buldozerlə dağıtmağa çalışır, etirazçılara qarşı tüstü şaşkalarından istifadə edilir. Polis Administrasiyaya girişin qabağın alsada etirazçılar təslim olmur. Bir neçə polis xəsarət alıb.
Qeyd edək ki, Ukrayna hökuməti noyabrın 22-də rəsmi Kiyevlə Avropa İttifaqı (Aİ) arasında assosiasiya haqqında sazişin imzalanmasına hazırlığın dayandırılmasına dair qərar verdikdən sonra paytaxtda etiraz aksiyalarına başlanılıb.