Hant və Zərif "Tanker böhranı"nı müzakirə edib

   Hant və Zərif "Tanker böhranı"nı müzakirə edib
  21 İyul 2019    Oxunub:1898
Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə iki ölkə arasında gərginliyə səbəb olan tankerlərin saxlanılması məsələsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Ceremi Hant “Twitter” hesabında məlumat paylaşıb.

O bildirib ki, rəsmi Tehran verdiyi vədlərinin əksinə hərəkət edir: “Tehran, ötən şənbə günü gərginliyi azaltmaq istədiyinə dair təminatın əksinə hərəkət etdi və bu bizdə böyük təəssüf hissi yaratdı. Əgər bir çıxış yolu tapılacaqsa, vədlərə əməl edilməlidir. Böyük Britaniya nəqliyyatı qorunmalıdır və qorunacaq”.

Görüşə dair İranın xarici işlər nazirliyi yazılı açıqlama verib: “Böyük Britaniyanın İran neftini daşıyan tankeri saxlaması mövcud qaydalara zidd olsa da, Tehranın eyni hərəkəti qaydalar çərçivəsində olub. Yəni Böyük Britaniyaya məxsus tanker beynəlxalq qanunlara əməl etmədiyinə görə, saxlanılıb”.

Açıqlamada məsələyə qanuni və hüquqi müstəvidə yanaşılmasının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, iyulun 4-də Böyük Britaniya donanması Cəbəllütariqdə Suriya nefti daşıdığını iddia edərək İrana məxsus "Grace 1 tankerini saxlayıb. İran isə iyulun 19-da Böyük Britaniyaya məxsus "Stena İmpero" adlı neft tankerini Hörmüz körfəzində saxlayıb. Bununla da iki ölkə arasındakı gərgin münasibətlər daha da gərginləşib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   Tanker   Britaniya  





Xəbər lenti