Merkel Yanukoviçə: Biz daha çoxuna ümüd edirdik - VİDEO

Merkel Yanukoviçə: Biz daha çoxuna ümüd edirdik - VİDEO
  02 Dekabr 2013    Oxunub:1258
Ukrayna paytaxdında artıq ikinci həftədir ki, kütləvi mitinqlər davam edir. Bazar günü etirazçılar şəhər administrasiya binasını və həmkarlar evini tutub, eləcədə prezident administrasiyasının binasını ələ keçirmək cəhdi ediblər. AzVision.az xəbər verir ki, İlk öncə etirazlar Avropa Birliyi ilə azad ticarət sazişini dondurmaq tələbi ilə idi. Lakin milis qüvvələrinin sərt toqquşması ilə qarşılaşan müxalifət tərəfi prezidentin və hökumətin istefasını tələb etməyə başlayıb. RT agentliyinin müxbiri Ukrayna dövlət qüvvələrinin bu vəziyyətə düşməsinin səbəblərin araşdırmağa çalışıb. Sujetdə RT kameraları maraqlı anları lentə alıb. Məslən Almaniya kansleri Angela Merkel və Yanukoviçin qeyri rəsmi söhbəti zamanı Merkel Yanukoviçdən daha çoxun gözlədiyini bildirir, Yanukoviç isə buna cavab olaraq iqtisadiyyatlarının zəif olduğunu və bu riskə gedə bilməyəcəklərini bildirir. Ekspertlər Yanukoviçin əsl siyasətçi kimi davrandığını və zamana görə uyğun addım atdığını bildirir. 136 milyard dollar borcu olan Ukraynanın Avrointeqrasiyasına daha 100 milyard dollar vəsait lazımdır, buna Rusiya ilə iqtisadi əlaqələri kəsərək qazın bahalaşması işsizliyin artması riskini də əlavə etsək Yanukoviçin Avropa ilə sazişə imza atmağının mümkünsüzlüyünün reallığın görürük. Buna baxmayaraq Kiyevdə etirazlar səngimir.




Teqlər:  





Xəbər lenti