Qax-Şəki yolunda ağır yol qəzası

Qax-Şəki yolunda ağır yol qəzası
  02 Dekabr 2013    Oxunub:2821
Qax-Şəki yolunda ağır yol qəzası baş verib, üç nəfər ölüb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Qax-Şəki yolunda 3 nəfərin həlak olması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə saat 19:00 radələrində yolun Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndləri arasından keçən hissəsində qeydə alınıb.

VAZ 2106 markalı avtomobil, "Ford" markalı xırdatutumlu yük avtomobili ilə toqquşub.

Nəticədə bir nəfər hadisə yerindəcə dünyasını dəyişib. Digər iki nəfərdən biri xəstəxanaya çatdırılarkən yolda, bir nəfər isə xəstəxanada vəfat edib.

Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir. Bir nəfər isə ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.


Teqlər:  





Xəbər lenti