Putin bu gün Ermənistana gedir

Putin bu gün Ermənistana gedir
  02 Dekabr 2013    Oxunub:1136
Rusiya prezidenti Rusiyanın 102-ci hərbi bazasına baş çəkəcək.
AzVision.az-ın erməni mənbələrinə istinadən verdiyi xəbərə görə, o, III Rusiya-Ermənistan regionlararası forumunun işində iştirak edəcək və Rusiyanın 102-ci hərbi bazasına baş çəkəcək.

Məlumatda deyilir ki, İrəvanda yüksək səviyyədə Rusiya-Ermənistan danışıqları keçiriləcək. Danışıqların gündəliyinə ikitərəfli, o cümlədən ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın əsas məsələləri daxildir.

Həmçinin, Serj Sarkisyanın sentyabrın 3-də Moskvaya səfərinin yekunları üzrə əldə olunmuş razılaşmaların icrasının gedişi, eləcə də Ermənistanın Gömrük İttifaqına və Belarus, Qazaxıstan və Rusiyanın daxil olduğu Vahid İqtisadi Məkana qoşulması üzrə gələcək addımlarla bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir.

Kremlin mətbuat xidməti səfərin yekunları üzrə bir sıra birgə sənədlərin imzalanacağını bildirir.


Teqlər:





Xəbər lenti