Trampın namizədi müdafiə naziri oldu

  23 İyul 2019    Oxunub : 1101
 Trampın namizədi müdafiə naziri oldu
ABŞ-ın yeni müdafiə naziri məlum olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Konqresdə keçirilən səsvermə nəticəsində Mark Esperin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib. Onun namizədliyini 90 senator dəstəkliyib, 8 nəfər isə əleyhinə çıxıb.

Qeyd edək ki, Esperin namizədliyini prezident Donald Tramp irəli sürüb.

Azvision.az

Teqlər: ABŞ   Pentaqon   Esper