Müəllimlik imtahanında 3 nəfər maksimum bal toplayıb
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, imtahan prosesi dövründə 3 nəfər 60 bal yığıb. İlk 60 ballıq nəıticəni Aidə Sadıqova göstərib. O, iyulun 22-də kimya fənni üzrə imtahan verib.
Digər 60 balı toplayanlar isə iyulun 24-də Azərbaycan dili və ədəbiyyat fınni üzrə imtahan verən Gülnar Hümbətova və Süsən Məmmədovadır. G.Hümbətova Azərbaycan Dillər Universitetinin, S.Məmmədova isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin məzunudur.
Aytən Zəhra
Azvision.az
Teqlər: TN İmtahan Maksimumbal