Niyə Putin həmişə görüşə gecikir?

Niyə Putin həmişə görüşə gecikir?
  02 Dekabr 2013    Oxunub:1513
Vladimir Putinin görüşlərə gecikmək adəti artıq xroniki hala çevrilib. Bunun arxasında nələr dayanır?

Sonuncu dəfə Rusiya prezidenti, ötən birinci gün Roma Papası ilə görüşə 50 dəqiqə gecikib. Papanın köməkçiləri onu gözləməkdən soyuqdan donublar. Bu barədə AzVision.az “Moskovskiy Komsomolets”ə istinadən məlumat verir.


Bir müddət əvvəl Cənubi Koreya mediası da Putinin gecikməyindən yazmışdı. Putin, noyabrın əvvələrində Seula səfəri zamanı Сənubi Koreya prezidenti Park Qen-heni 30 dəqiqə gözləməyə məcbur etmişdi. Onsuz da gecikməsinə baxmayaraq Putin yolda dayanıb rəsmilərdən biri ilə hərbidən söhbət etməyi də gözə almışdı.

Putinin bu “sərgüzəşti” ilə bağlı Korea Times “Cənab Putin, gələn dəfə vaxtında gəlin!” başlıqlı məqalə dərc edib.

Rusiyanın liberal Slon.ru saytı isə Putinin cəmi yarım saat gecikməsini əslində Cənubi Koreya prezidentinə hörmət əlaməti kimi dəyərləndirir: ”O, adətən daha çox gecikir. Yarımca saat gecikmək Putin tərəfindən dərin hörmət əlamətidir”.

“Putinin gecikmələri syahısı”na nəzər salaq:

2003-cü ildə Kraliça Yelizavetta ilə görüş -14 dəqiqə;

2012-ci ildə Almaniya Kansleri Angela Merkellə görüş -40 dəqiqə;

ABŞ dövlət katibi Con Keri ilə Suriya probleminin müzakirəsinə- 3 saatdan çox;

Bunula yanaşı, Putin, 2002-ci ildə təyyarə qəzası nəticəsində ölən uşaqların valideynlərini Başqırdıstan monastırında 2 saat gözlədib.

Putinin bu adəti müxtəlif cür yozulur.



“Putin hər şeyi yüz ölçüb, bir biçməyi sevir. Mühüm görüşlərdən öncə o, bütün məlumatları ikiqat yoxlayır, hər şeyi dərinliyinə kimi araşdırır ki, bu da onun görüş qrafikinə təsir edir” –deyə Rusiya prezidentinə yaxın mənbələrdən biri Moskovskiy Kosomoletsin baş siyasi köşə yazarı Mixail Rostovskiyə bildirib.



Bzi ekspertlərin fikrincə isə “əslində Rusiya prezidenti bilərəkdən gecikir”. Məsələn, 2012-ci ildə Ukrayna prezidenti Viktor Yanukoviçlə qaz məsələsini müzakirə etmək üçün Krıma səfəri zamanı, Putin tələsmək əvəzinə yolda dayanıb, öz bayker dostu ilə bir xeyli söhbət edib. Nəticədə görüşə düz dörd saata yaxın gecikib.



Siyasi şərhçi Dmitriy Abrahamov Putinin gecikmə “xəstəliyini” onun özünü Sovet İmperiyası dönəmində olduğu kimi “dünya siyasətinin çarı” olaraq göstərmək istəyi ilə əlaqələndirir.

Rusiya prezidentinin keçmiş həyat yoldaşı Lyudmila deyir ki, Putin vaxtilə onu da dəfələrlə gözləməyə vadar edib.

Müsahibələrin birində Putin məktəb illərini belə yada salır: “geyinməyə vaxtım olmurdu, gecikməmək üçün paltosuz, plaşsız evdən məktəbə güllə kimi uçurdum...”

Rastovski qeyd edir ki, hazırda gecikmək Putinin “çağırış kartı”dır və o, dəyişmək fikrində deyil.

Müxalif bloqqerlərdən biri Andrey Malqin isə deyir: “Çox güman ki, o öz dəfn mərasiminə də gecikəcək”.

Bu gün Rusiya prezidenti qonşu Ermənistana yola düşür. Maraqlıdır, görəsən Putin Sarkisyanla görüşə nə qədər görüşəcək. Hər halda bu onun Ermənistan prezidentinə hörmətinin qədərinə bağlıdır.

Onu da qeyd edək ki, Putin bu ilin avqust ayında Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşə vaxtında gəlmişdi.

Səbinə Həsənova
AzVison.az



Teqlər:  





Xəbər lenti