Şimali Koreya raketlərini havaya qaldırdı

Şimali Koreya raketlərini havaya qaldırdı
  25 İyul 2019    Oxunub:2335
Şimali Koreya 2 qısa mənzilli raketin sınağını həyata keçirib.

Azvision.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, raketlər yerli vaxtla saat 05:34 və 05:57-də Vonsan bölgəsindən havaya buraxılıb. Raketlər təxminən 50 kilometr havalandıqdan sonra 430 kilometr yol qət edib.
Cənubi koreyalı rəsmilər məsələnin analiz ediləcəyini bəyan ediblər. Beynəlxalq mediada isə bu addımın nüvəsizləşdirmə ilə bağlı ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasındakı danışıqlara kölgə sala biləcəyi vurğulanır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koreya   Raket   Tramp  





Xəbər lenti