Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb - VİDEO

 Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb -  VİDEO
  25 İyul 2019    Oxunub:19686
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.



Azvision.az


Teqlər: MN   Təyyarə   Qəza  





Xəbər lenti