Təhsil Nazirliyi müəllim namizədlərinə müraciət edib

Təhsil Nazirliyi müəllim namizədlərinə müraciət edib
  25 İyul 2019    Oxunub:2323
Təhsil Nazirliyi müəllim olmaq istəyən namizədlərə müraciət edib.
Azvision.az xəbər verir ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva namizədlərdən məktəb seçimi edərkən diqqətli olmağı tövsiyyə edib. O bildirib ki, namizədlər işləmək istədikləri məktəbi seçərkən ehtiyatlı olsunlar.

"Namizıdlər qərar verməzdən əvvəl fikirlərini dəqiqləşdirsinlər. Yaxşı olar ki, onlar məktəblər haqqında məlumatlı olsunlar. Çünki namizədlər tanımadığı məktəbi seçib, qəbul olunurlar, sonra imtina edirlər. Nəticədə digər namizədin həmin yer üçün qəbul şansı azaldılır. 7 min vakant yer daimi əsaslarla olan yerlərdir. Vakant yerlərinin doldurulması üçün kifayət qədər namizəd var".

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti