Məzunların attestat alma qaydası açıqlanıb

 Məzunların attestat alma qaydası açıqlanıb
  26 İyul 2019    Oxunub:3484
Təhsil Nazirliyi məzunların attestat alma qaydasını açıqlayıb.
Təhsil Nazirliyindən Azvision.az-a verilən məlumata görə, ümumi orta və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətinə təqdim edilir.

Bildirilib ki, məzunlar tərəfindən götürülməyən attestatlar doldurulmuş halda ümumi təhsil müəssisəsində saxlanılır.

“Məzunun təhsil aldığı ümumi təhsil müəssisəsi ləğv olunduqda, attestat və ya onun dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər. Attestatını itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin adı, soyadı, atasının adı, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir. Ümumi təhsil müəssisəsi vətəndaşın ərizəsinə əsasən, 15 gün müddətində attestatın dublikatını verir. Attestatın dublikatı arxiv sənədləri əsasında verilir”.

Qeyd olunub ki, ümumi orta, tam orta təhsil haqqında attestatın və ya onların dublikatlarının hazırlanmasına, verilməsinə görə heç bir ödəniş tələb olunmur.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti