Ermənistanda Putinə qarşı etirazlar başladı - VIDEO Yenilənib

 Ermənistanda Putinə qarşı etirazlar başladı - VIDEO Yenilənib
  02 Dekabr 2013    Oxunub:1393
Aksiya iştirakçıları etiraz məktubunu Hökümət evinə təqdim edə biliblər
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis etiraz marşının iştirakçıları qarşısını Maştoç prospektində kəsib. Toqquşma zamanı 5 müxalifətçi, o cümlədən Gümrüdəki Asparez təşkilatının rəhbəri Levon Barseqyan həbs olunub. Maştoç prospekti bağlı olduğundan Respublika meydanına qayıtmaq istəyən etirazçılar bu dəfə Nalbandyan küçəsində polislə üzləşməli olublar. Bunula belə etirazçılar öz məktublarını Hökümət evininə təqdim edə biliblər.
Yerevanda Vladimir Putinin Ermənistana səfəri və ölkələrinin Gömrük İttifaqına üzvlüyünə etiraz edənlərin yürüşü başlayıb. Ukrayna bayraqlarını dalğalandıran yürüş iştirakçıları mərkəzi küçələrdən keçərək prezident administrasiyasının qarşısına kimi irəliləmək istəyirlər.

“Layiqli Ermənistan” təşəbbüs qrupunun təşkil etdiyi yürüşdə azı 200 nəfər iştirak edir. Onlar “Putin-Stalin”, “Putin get”, “Diktaturaya yox” və “No Russia” şüarları ilə irəliləyirlər. Artıq həbs edilənlər var.

Ermənistan Milli Konqresi fraksiyasının üzvü Aram Manukyan 9 nəfərin həbs olunduğunu bildirib. Parlament sədri Ovik Abramyan isə həbs olunanların yaxın saatlarda azad ediləcəyinə söz verib.





Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti