Putin artıq Ermənistandadır

Putin artıq Ermənistandadır
  02 Dekabr 2013    Oxunub:1024
Rusiya prezidenti Vladimir Putin Gümrüdəki rəsmi mərasimlərə qatılacaq
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vladimir Putin artıq Gümrü şəhərindədir. Kreml lideri ilk olaraq Gümrü şəhərində Razdan İstilik Elektrik Stansiyasının 5-ci blokunun təmirdən sonrakı açılış mərasiminə qatılacaq. Daha sonra Rusiyaya məxsus 102-ci hərbi bazanı ziyarət edəcək prezident 3-cü Rusiya-Ermənistan forumunun işində iştirak edəcək.

Sabah, səfərinin sonuncu günündə isə Putin erməni həmkarı Serj Sarkisyanla təkbətək görüş keçirəcək və “erməni soyqırımı” abidəsini ziyarət edəcək.

Səfərdə Putini 6 nazir, 11 qubernator və “Qazprom”, RosAtom”, RosNeft” və s. iri şirkət prezidentlərinin daxil olduğu ümumilikdə, 500 nəfərlik nümayəndə heyəti müşayət edəcək.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti