İraqın XİN rəhbəri “erməni genosidi qurbanlarını” yad edəcək
İraqlı naziri Ermənistan prezidenti Serj Sarkisyan qəbul edəcək.
Zəbari, Ermənistan Parlamentinin spikeri Ovik Abramyan, baş nazir Tiqran Sarkisyan , eləcə də parlamentin Ermənistan-İraq dövlətlərarası komissiyasının həmsədri, Ermənistanın ərazi idarəetməsi Armen Qevorkyanla görüşəcək.
Ermənistan və İraq xarici siyasət rəhbərlərinin görüşü isə dekabrın 3-də baş tutacaq.
Elə həmin gün Zəbari, Tsitsernakaberddə “erməni genosidi qurbanlarını” yad edəcək.
Səbinə Həsənova
AzVision.az