Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşüb - 4 yaralı

Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşüb -    4 yaralı
  27 İyul 2019    Oxunub:5219
Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşüb.
Azvision.az xəbər verir ki, hadisə Kahramanmaraş-Kayseri yolunda baş verib. Qəza nəticəsində 4 nəfər yaralanıb.

Məlumata görə, azərbaycanlı Fərid Ağazadə icarəyə götürdüyü avtomobili yol kənarındakı maneəyə çırpıb. Hadisə zamanı F.Ağazadə və 3 tələbə dostu xəsarət alıb.

Hadisə yerinə gələn təcili yardım maşınları yaralıları xəstəxanaya çatdırıb. Hazırda onların vəziyyəti normal qiymətləndirilir.

Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti