Ağır atletika üzrə ölkə birinciliyi keçirilir

  27 İyul 2019    Oxunub : 1111
Ağır atletika üzrə ölkə birinciliyi keçirilir
İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ilk yarış gününə yekun vurulub.
Ağır Atletika Federasiyasından Azvision.az -a verilən məlumata görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Oğlanlardan körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 49 kq-a qədər olan atlelər çıxıblar. Toplam 163 kq (70+93) nəticə ilə Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Sonrakı yerləri müvafiq olaraq toplam 153 kq (63+90) nəticə ilə Kənan Rəhimov və toplam 146 kq (63+83) nəticə ilə Ravin Alməmmədov tutublar.

55 kq-a qədər olan atletlər mübarizəsi maraqlı alınıb. Toplam 166 kq (72+94) nəticə ilə Elgün Mürşüdov qızıl medala layiq görülüb. Gümüş medal toplam 165 kq (77+88) nəticə ilə Heydər Yusifov, bürünc isə toplam 153 kq (70+83) nəticə ilə Ravil Nəbiyevə qismət olub.

Son olaraq çəkisi 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulub. Toplam 216 kq (95+121) nəticə ilə Elşən Məmmədov çempionluğa yiyələnib. Gümüş medala toplam 200 kq (90+110) nəticə ilə Sənan Sahibov, bürüncə isə toplam 175 kq (80+95) nəticə ilə Ədalət Məmmədli sahib çıxıb.

Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Azvision.az

Teqlər: Atletika