Nyu-Yorkda atışma: Ölən və yaralılar var

   Nyu-Yorkda atışma:   Ölən və yaralılar var
  28 İyul 2019    Oxunub:2401
ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda atışma olub.
Azvision.az TASS-a istinadən xəbər verir ki, silahlı insident Bruklin küçələrindən birində keçirilən şənlik zamanı baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Atışmanın təfərrüatları barədə məlumat verilməyib, faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: ABŞ   Atışma   Yaralı   Xəstəxana  





Xəbər lenti