Ermənistanda yanacaqla dolu sisternlər yanır - VİDEO

  29 İyul 2019    Oxunub : 1289
 Ermənistanda yanacaqla dolu sisternlər yanır - VİDEO
Ermənistanın Baqrataşen şəhərindən Gümrüyə gedən qatar Lori vilayətinin Tumanyan dəmiryol stansiyası yaxınlığında qəzaya uğrayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, lokomotivin relsdən çıxması nəticəsində qeydə alınan qəzadan sonra yanacaqla dolu çənlərdə yanğın başlayıb.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, yanğın 17 vaqonu əhatə edir. Hər çənin həcmi 50 tondur. 29 vaqondan 17-də benzin, 4-də taxıl, 1-də isə alüminium tikinti materialı var. Qalan vaqonlar boş olub.



Azvision.az

Teqlər: Ermənistan   Qatar   Qəza   Yanğın