Dövlət qulluğu üzrə müsahibə davam edir

Dövlət qulluğu üzrə müsahibə davam edir
  29 İyul 2019    Oxunub:1967
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 6 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (6 vəzifə) və B (337 vəzifə) növünə aid olan 343 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 1-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Azvision.az DİM-ə istinadən xəbər verir ki, iyulun 29-u saat 11:20-yə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş 212 nəfər müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr oktyabrın 21-dək davam edəcək. Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (317 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə müsahibəyə çıxarılmış 343 vakant vəzifənin 1-i 4-cü təsnifata, 28-i 5-ci təsnifata, 2-si 6-cı təsnifata, 312-si isə 7-ci təsnifata aid olmaqla, 1-i AB, 5-i AC, 28-i BA, 309-u isə BB vəzifə qrupuna aiddir.

Azvision.az



Teqlər: DİM   Dövlət-Qulluğu   Müsahibə  





Xəbər lenti