Putin: `Cənubi Qafqazdan getməyəcəyik`

Putin: `Cənubi Qafqazdan getməyəcəyik`
  02 Dekabr 2013    Oxunub:964
“Rusiya heç vaxt Cənubi Qafqazdan getmək fikrində olmayıb” .
Bu barədə Rusiya prezidenti Vladimir Putin Gümrüdə 3-cü Rusiya-Ermənistan regionlararası forumda çıxışı zamanı bildirib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda səfərdə olan Putin Gümrü Dram teatrında keçirilən Rusiya-Ermənistan forumunda çıxış edərkən Rusiyanın daim Cənubi Qafqazada mövcudluğunu saxlayacağını bildirib. “Rusiya heç vaxt Cənubi Qafqazdan getmək niyyətində olmayıb. Əksinə, əcdadlarımızdan bizə qalan ən yaxşı xüsusiyyətlərlə, Ermənistan da daxil olmaqla regiondakı dost ölkələrin köməyi ilə burada mövqelərimizi möhkəmləndirmək niyyətindəyik” – deyə Putin bildirib. Onun sözləri zalda gurultulu alqışlarla qarşılanıb.
Xatırladaq ki, 2 günlük səfərlə Ermənistanı ziyarət edən Rusiya prezidenti Putin axşam saatlarında Gümrüdən Yerevana yola düşəcək.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti