Qatarın taksini vurmasının səbəbi açıqlandı

  29 İyul 2019    Oxunub : 1866
Qatarın taksini vurmasının səbəbi açıqlandı
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakıda qatarın taksini vurması ilə bağlı məlumat yayıb.

Qurumdan Azvision.az -a bildirilib ki, bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib:
“İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbə sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşın drezinlə toqquşub. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb”.

Qeyd edilib ki, hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Aytən Zəhra
Azvision.az

Teqlər: ADY   Qatar   Qəza