Gənc zabitlər xidmətə başladılar

Gənc zabitlər xidmətə başladılar
  29 İyul 2019    Oxunub:1621
Azərbaycan Ordusunun hərbi hissələrindən birində ali hərbi məktəbi yeni bitirmiş gənc zabitlərin xidmətə qəbulu ilə bağlı təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbir hərbi hissənin sıra meydanında təntənəli düzülüşlə başlayıb, dövlət bayrağı meydana gətirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni ifa olunub.



Gənc zabitlərə hərbi hissənin tarixindən, keçdiyi döyüş yolundan, hazırda burada yaradılan xidməti və sosial-məişət şəraitindən danışılıb.



Leytenantlar əsgər yataqxanaları, anbarlar, avtopark və döyüş texnikası üçün saxlanclar, bölmələrin istifadəsində olan döyüş texnikaları və silahlarla tanış olublar.









Azvision.az


Teqlər: Zabit   Xidmət  





Xəbər lenti