Qətl törədən şəxs “isti izlər”lə yaxalanıb

Qətl törədən şəxs “isti izlər”lə yaxalanıb
  29 İyul 2019    Oxunub:1517
Yevlaxda qətl hadisəsi törədən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyulun 27-də gecə saat 01:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları, polis mayoru Qurban Qasımov və polis serjantı Fariz İbrahimzadə şəhər ərazisində ayıq-sayıq xidmət apararkən Həzi Aslanov və Elbrus Məmmədov küçələrinin kəsişməsində bir qrup şəxsin mübahisə etdiklərini görüb həmin yerə yaxınlaşıblar. Orada bıçaqlı şəxsin bir nəfərə ağır xəsarət yetirdiyini, digər iki nəfərə isə xəsarət yetirmək istədiyi barədə Rayon Polis Şöbəsinə məlumat verərək dərhal silahlı şəxsi zərərsizləşdirmək üçün lazımi tədbirlər görülüb. Bıçaqlı şəxs xüsusi fənd tətbiq edilərək tərk-silah olunub.

Polis serjantı Fariz İbrahimzadə və köməyə gəlmiş polis əməkdaşları ilə birlikdə cinayəti törətməkdə şübhəli bilinən Namiq Vəliyevi saxlayaraq polis şöbəsinə gətiriblər. Polis əməkdaşlarının peşəkarlığı və çevik müdaxiləsi nəticəsində iki nəfərin həyatı təhlükədən xilas edilib.

Polis mayoru Qurban Qasımov dərhal ağır xəsarət almış yaralını avtomobillə Yevlax Rayon Mərkəzi Xəstəxanası çatdırsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azvision.az



Teqlər: Yevlax   Qətl  





Xəbər lenti