Həbsxanada qiyam: 52 məhbus öldü, 16-nın başı kəsildi

  Həbsxanada qiyam:    52 məhbus öldü, 16-nın başı kəsildi
  30 İyul 2019    Oxunub:4376
Braziliyanın Papa ştatında yerləşən həbsxanada qiyam olub.
Azvision.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, iki kriminal qruplaşma arasında davanın səbəb olduğu qiyam nəticəsində 52 məhbus ölüb. 16 nəfərin başı kəsilmiş halda meyiti aşkar edilib.

Hadisə səhər saatlarında başlayıb, günortayadək davam edib. Qiyam qaldıran məhbuslar iki nəzarətçini girov götürüblər. Daha sonra onlar azad edilib.

Azvision.az



Teqlər: Həbsxana   Qiyam  





Xəbər lenti