Putin Yerevanda “erməni soyqırım”ı abidəsini ziyarət edib

  Putin Yerevanda “erməni soyqırım”ı abidəsini ziyarət edib
  02 Dekabr 2013    Oxunub:1196
Vladimir Putin artıq Gümrüdən Yerevana gəlib
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidentinin Ermənistana səfəri davam edir. Gümrüdəki mərasimlərdən sonra paytaxt Yerevana səfər edən Vladimir Putin Çiçernakaberd yaxınlığında yerləşən “erməni soyqırımı” qurbanlarının xatirə abidəsinə gül dəstələri qoyub. Daha sonra isə fəxri qonaqlar üçün nəzərdə tutulan xiyabanda ağac əkib.

Yerevanda Putin erməni həmkarı ilə təkbətək görüş keçirəcək və iqtisadi-ticarət və mədəni-humanitar sahələrdəki əməkdaşlığı müzakirə edəcək. Əsas mövzular isə Ermənistanın Gömrük və Avrasiya ittifaqlarına qoşulma prosesi və Dağlıq Qarabağ münaqişəsi olacaq.

Xatırladaq ki, Vladimir Putin bundan öncə Ermənistana 2005-ci ilin martında səfər etmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti