Azvision.az xəbər verir ki, qərara əsasən, “Azərsu” ASC-nin tabeliyində, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin
Xaçmaz,
Quba,
Qusar,
Şabran,
Siyəzən və
Xızı sukanal idarələrinin bazasında 1 №-li,
Şamaxı,
Ağsu,
Ucar,
Zərdab,
Kürdəmir və
Qobustan sukanal idarələrinin bazasında 2 №-li,
Cəlilabad,
Masallı,
Yardımlı,
Lerik,
Lənkəran və
Astara sukanal idarələrinin bazasında 3 №-li,
İmişli,
Saatlı,
Sabirabad,
Biləsuvar,
Neftçala,
Hacıqabul,
Salyan və
Cəbrayıl sukanal idarələrinin bazasında 4 №-li,
Bərdə,
Ağdam,
Tərtər,
Ağcabədi,
Laçın,
Beyləqan,
Füzuli və
Xocavənd sukanal idarələrinin bazasında 5 №-li,
Balakən,
Zaqatala,
Qax,
Oğuz,
Qəbələ və
İsmayıllı sukanal idarələrinin bazasında 6 №-li,
Yevlax,
Göygöl,
Samux, Naftalan,
Goranboy,
Kəlbəcər,
Xocalı və
Daşkəsən sukanal idarələrinin bazasında 7 №-li və
Şəmkir,
Gədəbəy,
Tovuz,
Ağstafa və
Qazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılıb.
Bundan əlavə, “Azərsu” ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək “Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb. Eyni zamanda “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən “
Göyçay Sukanal” TSC və “
Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil ediləcək. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal MMC hüquq varisliyi qaydasında ona qoşulan “
Göyçay Sukanal” TSC-nin və “
Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. “
Göyçay Sukanal” TSC-nin və “
Ağdaş Sukanal” TSC-nin “Birləşmiş Sukanal” MMCyə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilib.
“Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı “
Göyçay Sukanal” TSCnin və “
Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılacaq.
Azvision.az Teqlər: Azərsu Nazirlər-Kabineti