Honkonqda iki avtobus toqquşub, 77 nəfər yaralanıb

Honkonqda iki avtobus toqquşub, 77 nəfər yaralanıb
  30 İyul 2019    Oxunub:1487
Honkonqda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, “Taym Lam” dağ tunelinin çıxışında iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 77 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Azvision.az



Teqlər: Honkonq   Qəza   Avtobus  





Xəbər lenti