Bakıda 17 binanın sakinləri köçürülür

 Bakıda 17 binanın sakinləri köçürülür
  30 İyul 2019    Oxunub:2103
Bakıda qəzalı vəziyyətdə olan 17 binanın sakinlərinin köçürülüməsinə başlanılıb.

Bu barədə Azvision.az -a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir.

İ.Kərimov qeyd edib ki, müvafiq dövlət qurumlarının apardıqları araşdırmalara görə paytaxtın müxtəlif rayonlarında 17 ədəd belə bina müəyyənləşdirilib və bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Bakı   Qəzalı   Bina  





Xəbər lenti