Sorğu: Rusların 43 faizi Putinə etibar edir
Azvision.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Son bir ildə Putini yenidən prezident görmək istəməyənlərin sayı 11 faiz artıb. Lakin 38 faiz rekord deyil. Putinin yenidən prezident olmasını istəməyənlər 2017-ci ilin avqust ayında 67 faiz idi.
43 faiz respondent isə postda başqa layiqli namizəd görmədiyi üçün Putinə etibar edir. Sorğuda “insanlar ümid edirlər ki, Putin gələcək illərdə ölkənin problemlərinin öhdəsindən gələ biləcək” sualına cavab son 19 ilin ən az populyar cavabı olub. Belə ki, 24 faiz respondent buna ümid edib. 2016-ci ildə isə bu rəqəm 39 faiz olub.
Aytən Zəhra
Azvision.az