Dənizdə batan 2 gəncin meyiti tapıldı

   Dənizdə batan 2 gəncin meyiti tapıldı
  30 İyul 2019    Oxunub:1347
28.07.2019-cu il tarixində Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1991-ci il təvəllüdlü Əzizov Murad Teymur oğlunun və 1991-ci il təvəllüdlü Hacıquliyev Kamran Ağəli oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, M.Əzizovun və K.Hacıquliyevin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az




Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti