Bakıda 3 nəfər klinikadan oğurluq edib

  30 İyul 2019    Oxunub : 1093
Bakıda 3 nəfər klinikadan oğurluq edib
Paytaxtda oğurluq edən şəxslər saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 17-də rayon ərazisindəki klinikaların birindən tibb avadanlıqları, santexnika ləvazimatları, 2 ədəd soyuducu, 10 ədəd radiator, mikroskop, 2 ədəd divan və 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Əkbərov, A.Abduləliyev və S.Yarıyev saxlanılıblar.

Azvision.az


Teqlər: Oğurluq   Klinika