Müdafiə Nazirliyi Pakistana başsağlığı verib

Müdafiə Nazirliyi Pakistana başsağlığı verib
  30 İyul 2019    Oxunub:1536
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata, Ordu komandanı general Qamar Caved Bacvaya və Federal Müdafiə naziri cənab Pervez Xattaka başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, başsağlığında deyilir:

“Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Azvision.az


Teqlər: Nazir   ZakirHəsənov  





Xəbər lenti