DİN “Jara” və “Bakı-2019”la bağlı məlumat yaydı

DİN “Jara” və “Bakı-2019”la bağlı məlumat yaydı
  30 İyul 2019    Oxunub:2509
İyulun 20-dən 28-dək gücləndirilmiş iş rejimində çalışan daxili işlər orqanlarının əməkdaşları bu müddət ərzində Bakıda keçirilən bir sıra mühüm idman yarışlarında və musiqi festivalında təhlükəsizliyi yüksək səviyyədə təmin ediblər. Belə ki, iyulun 21-27-də XV Avropa Gənclər Olimpiya Festivalı, iyulun 22-25-də velosiped yarışları və iyulun 25-28-də “Jara” musiqi festivalı zamanı təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məhz daxili işlər orqanları əməkdaşlarının gücləndirilmiş iş rejimində çalışması sayəsində mümkün olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, xidmətə cəlb edilmiş yol patrul xidmətinin əməkdaşları Avropa Gənclər Olimpiya Festivalı zamanı idmançıları, nümayəndə heyətlərinin üzvlərini daşıyan 136 avtobusun tədbir yerlərinə, həmçinin təyin edilmiş ərazilərə təhlükəsiz çatması üçün fasiləsiz xidmət aparıblar. İdmançıların və qonaqların qarşılanmaları, yola salınmaları prosesində yol polisləri 24 saat fasiləsiz fəaliyyət göstəriblər.

Yarışların keçirildiyi günlərdə tədbir iştirakçıları ilə bağlı hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Xüsusilə tədbirin keçirildiyi günlərdə sarı zolaqlarla bağlı bir neçə fakt istisna olunmaqla, sürücülərə cərimələr tətbiq edilməyib. Bu isə aparılan profilaktiki tədbirlərin uğurlu nəticəsi, eləcə də polis-vətəndaş münasibətlərində qarşılıqlı anlayış səviyyəsinin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

Azvision.az



Teqlər: DİN   Jara   Yarış   Festival  





Xəbər lenti