Əfqanıstanda növbəti partlayış: 34 ölü, 17 yaralı

Əfqanıstanda növbəti partlayış:    34 ölü, 17 yaralı
  31 İyul 2019    Oxunub:2499
Əfqanıstanın Herat və Qəndəhar şəhərlərini birləşdirən magistral yolda sərnişin avtobusu partladılıb.
Azvision.az xəbər verir ki, nəticədə 34 sərnişin həlak olub, aralarında uşaqların da olduğu 17 nəfər yaralanıb.

Əfqanıstan və xarici təhlükəsizlik qüvvələrinin hədəf alındığı partlayışa görə məsuliyyəti taliban qruplaşması öz üzərinə götürüb.

Bundan başqa rəsmilər vurğulayır ki, son zamanlar hökumət qüvvələri ilə Taliban və İŞİD üzvləri arasında qarşıdurma ölkədə təhlükəsizliklə bağlı narahatlığı artırıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti