“Media fikirlərimi düzgün yazmır” - Tramp “Twitter”ə sığınıb

   “Media fikirlərimi düzgün yazmır” -    Tramp “Twitter”ə sığınıb
  31 İyul 2019    Oxunub:1996
ABŞ prezidenti Donald Tramp bir çox mühüm məsələlər barədə “Twitter”də mövqe bildirməsinin səbəbini açıqlayıb.

Azvision.az -ın məlumatına görə, Tramp “C-Span” telekanalına müsahibəsində bildirib ki, medianın hücumundan özünü qorumaq üçün “Twitter”də yazır.
“Əgər mənim fikirlərimi qərərsiz şəkildə işıqlandırsaydılar, “Twitter”də yazmağıma ehtiyac qalmazdı. Bu, mənim yeganə müdafiə formamdır. Lakin media mənim fikirlərimi düzgün yazmır”, - deyə Tramp şikayətlənib.

ABŞ prezidenti əlavə edib ki, KİV-də onun haqqında yazılan bəzi məlumatlardan məyus olub.

“Mən çox məyusam və buna təəccüblənirəm. Qələbənin nə qədər böyük olmağına baxmayaraq, onlar həqiqəti düzgün qeyd etmirlər, nəticədə yalan informasiya yaranır”.

Tramp, həmçinin qeyd edib ki, sosial şəbəkələrdə ona 43 min mesaj göndərilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ABŞ   Prezident  





Xəbər lenti