Bakıda əcnəbi saxta pulla tutuldu

Bakıda əcnəbi saxta pulla tutuldu
  31 İyul 2019    Oxunub:1468
Nərimanov Rayin Polis İdarəsinin əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z.Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, görülmüş tədbirlərlə Z.Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma)maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN   Əcnəbi  





Xəbər lenti