“Qonşularımız üçün qapıları bağlamamışıq” - İran XİN

  31 İyul 2019    Oxunub : 1058
“Qonşularımız üçün qapıları bağlamamışıq” - İran XİN
“Əgər Səudiyyə Ərəbistanı hazırdırsa, İran həmişə qonşusu ilə dialoqa hazırdır”.
Azvision.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Biz heç bir zaman qonşularımız üçün dialoq qapısını bağlamamışıq və heç vaxt da qonşularımıza dialoq qapısını bağlamayacağıq”, - Zərif vurğulayıb.

Qeyd edək ki, son vaxtlar Yaxın Şərqdə mövqe mübarizəsində əzəli rəqiblər olan Səudiyyə Ərəbistanıİran arasında gərginlik artıb. Səudiyyə Ərəbistanı İranı 6 neft tankerinə hücumda ittiham edib. İran isə bu iddiaları yalanlayıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: İran   Səudiyyə   Zərif