Nazir lisey və gimnaziyalarla bağlı əmr imzalayıb

Nazir lisey və gimnaziyalarla bağlı əmr imzalayıb
  31 İyul 2019    Oxunub:2421
Təhsil naziri Ceyhun Bayramov “Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, əmrə əsasən, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib.

Əmr lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi daşıyır.

Azvision.az


Teqlər: Təhsil   Lisey  





Xəbər lenti