Soyğunçuluq hadisələrinin üstü açılıb

Soyğunçuluq hadisələrinin üstü açılıb
  03 Dekabr 2013    Oxunub:1291
AzVision.az xəbər verir ki, Xaçmaz rayonunda naməlum şəxslər Şahnaz Hacıyevanın evinə girib onun və qonağı Məhəbbət Salmanovanın əllərini lentlə bağlayaraq, onlardan pul, üç mobil telefon və qızıl əşyalarını alıblar.

Rayonun Niyazoba kənd sakini Azər Şərifov rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Naməlum şəxs Sabunçu dəmir yolu stansiyasında Kürdəmir rayon sakini Zaur Eyyubova qarşı zor tətbiq edərək pulunu alıb.

Hadisəni törətmiş Yardımlı rayon sakini Pərviz İsgəndərov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti