Sülhməramlı Putin Ermənistana ucuz silah satır - VİDEO

  02 Dekabr 2013    Oxunub : 586
Sülhməramlı Putin Ermənistana ucuz silah satır - VİDEO
İstərdik ki, artıq Dağlıq Qarabağda bir daha nə ermənilərin nə də azərbaycanlıların qanı axıdılmasın. AzVision.az news.am saytına istinadən xəbər verir ki, bu sözləri RF prezidenti Vladimir Putin bu gün Serj Sarkisyanla görüşün yekunu haqda çağrılan mətbuat konfransında deyib.

Azərbaycan tərəfindən `aqressiya` olacağı təqdirdə Rusiyanın reaksiyası necə olacaq sualına cavablandırarkən Putin qeyd edib ki, nə qədər biz çox bu sözləri belə təkrarlasaq bir o qədər az məsələnin sülh yolu ilə həllinə şərait olacaq.

“Biz istərdik ki, dünyanın bu Rosiya Federasiyasının sərhədlərində yerləşən və Rusiya ilə sıx əlaqəsi olan bölgəsində heç vaxt qan axıdılmasın- nə erməni nə də Azərbaycan respublikasının vətəndaşlarının”.

Lakin Putin bu sülhməramlı çağırışlarına baxmayaraq ermənistana Rusiya silahının yerli qiymətə satılmasını da qeyd edib. KTMT-nin üzvü kimi Ermənistan daxili qiymətlərlə Rusiya silahını ala biləcək- deyə Putin mətbuat konfransında bildirib.
Rusiya Prezidenti bildirib ki, silahlanma qiymətləri nəinki təhlükəsizlik, büdcədən pul ayrıldığı üçün həm də iqtisadi məsələdir.

“Gümridə olarkən biz həm də 102-ci Rusiya hərbi bazasında hərbiçilərlə görüşdük. Biz bu qənaətdəyik ki, rusiya hərbiçilərinin erməni torpaqlarında olması Qafqazda sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə xidmət edir və eləcədə KTMT-yə üzv dövlətlər kimi Rusiya və Ermənistan arasında praktiki əməkdaşlıq səviyyəsini artırır” - deyə Rusiya prezidenti səfəri şərh edərkən bildirib.


Teqlər: