İmtahandan keçən namizədlərə sertifikatlar verilir

İmtahandan keçən namizədlərə sertifikatlar verilir
  31 İyul 2019    Oxunub:1664
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
DİM-dən Azvision.az -a verilən məlumata görə, dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından əldə edə bilərlər.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti