Tramp Putinə zəng vurub kömək təklif etdi

Tramp Putinə zəng vurub kömək təklif etdi
  01 Avqust 2019    Oxunub:1570
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, telefon zəngi ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı Tramp Rusiyaya meşə yanğınlarına qarşı mübarizədə kömək təklif edib. Rusiya prezidenti təklif üçün həmkarına təşəkkür edib. Putin zərurət olarsa, Trampın təklifindən faydalanacağını söyləyib.

Azvision.az



Teqlər: ABŞ   Rusiya   Putin   Tramp  





Xəbər lenti